"Fitç"dən qlobal neft bazarı ilə bağlı - Açıqlama

 23:44 21.01.2021     62

Bu ilin ilk rübündə koronavirus əleyhinə tətbiq edilən məhdudiyyətlərdən dolayı qlobal neft tələbatı ilə bağlı daralma ola bilər.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitç" açıqlama yayıb.

"Bu il OPEK+ üzvlərinin istehsal siyasəti və epidemiyanın istiqaməti qlobal neft qiymətlərində hərəkətverici qüvvə olaraq qalacaq. Epidemiya səbəbindən tələbat az olsa da, istehsal qiymətlərinin azaldılması və bir çox ölkədə peyvəndləmənin başlanması investorların nikbinliyini artırıb", - agentliyin açıqlamasında qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532438.html