Yellen: Rus oyunçulara sərt sanksiya tətbiq edilsin!

 00:29 22.01.2021     73

ABŞ Maliyyə Nazirliyinin rəhbərliyinə namizəd, Federal Ehtiyatlar Sisteminin (FES) keçmiş rəhbəri Janet Yellen Rusiyaya sərt sanksiyaların davam etdirilməsinin tərəfdarı olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

"Mən Şərqi Ukrayna və Krımdakı ərazi təcavüzünə, eləcə də ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyinə görə rus oyunçularını hədəf alan sanksiyaların ciddi şəkildə həyata keçirilməsinə sadiqəm”, - deyə Yellen bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532447.html