Millimizin Slovakiya ilə matçı xanım referiyə tapşırıldı

 00:38 22.01.2021     72

Yanvarın 29-da futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Slovakiya oyununun hakimləri müəyyənləşib.

Axar.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, qarşılaşmanı Rusiyadan olan hakimlər idarə edəcəklər. Matçın birinci hakimi İrina Velikanovadır. Digər xətdə isə Yuri Neverov iş başında olacaq. Üçüncü hakim funksiyasını həmyerlimiz Hikmət Qafarlı yerinə yetirəcək. Saniyəölçən isə Knyaz Əmiraslanov olacaq.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:00-da start götürəcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/532446.html