Ulduz futbolçu koronavirusa yoluxdu

 00:31 22.01.2021     56

İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aquero koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə argentinalı hücumçu “Tvitter”dəki səhifəsində məlumat yayıb:

“Koronavirusa yoluxmuş şəxslə təmasda olduqdan sonra özümü təcrid etdim, amma verdiyim sonuncu COVID-19 testi pozitiv oldu. Xəstəliyin bəzi əlamətləri var idi və indi ən qısa müddətdə sağalmaq üçün həkimin dedikərini yerinə yetirirəm”.

Qeyd edək ki, Aquero yanvarın 10-da koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/idman/343711.html