Avropada buna qarşı mübarizə aparmalıyıq - Çavuşoğlu

 00:57 22.01.2021     58

AB ilə Gömrük İttifaqı yenilənməli və viza azadlığı tətbiq edilməlidir.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında bildirib.

"Nizamsız immiqrasiya və terrorizmə qarşı mübarizədə əməkdaşlığı artırmalı, Avropada artan irqçilik, ayrıseçkilik və antiislamizmə qarşı mübarizə aparmalıyıq", - XİN rəhbəri deyib.

Qeyd edək ki, ötən gün Çavuşoğlu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin rəhərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532449.html