Məşhur türkiyəli tarixçi vəfat etdi

Türkiyəli tarixçi və yazar Yavuz Bahadıroğlu vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə onun oğlu Mücahit Birinci sosial şəbəkə səhifəsində yazıb.
Qeyd edək ki, Y.Bahaduroğlu 1945-ci ildə Rizədə dünyaya gəlib. 1971-ci ildən isə publisistika fəaliyyətinə başlayıb.
Köşə yazarı kimi püxtələşən Y.Bahadıroğlu gənc yaşlarında qələmə aldığı “Sunquroğlu” və “Buxara yanır” romanları ona böyük şöhrət gətirir.
Həmçinin onun Osmanlı dönəminə aid 30-ə yaxın əsəri də mövcuddur.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/hadise/532464.html