Rusiyanın son model qırıcıları Azərbaycan yaxınlığında...

 02:05 22.01.2021     72

Kütləvi istehsalı dayandırılan ilk Su-57 ötən il dekabrın 25-də təhvil verilmişdi. İlk məlumatda qırıcının Qara dənizdə yerləşdirildiyi iddia edilmişdi, lakin bu açıqlama təsdiqini tapmamışdı.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, ABŞ F-35-lərinin ən böyük rəqibi ilə bağlı bu gün yeni bir açıqlama verilib.

Rusiyanın Xabarovsk şəhər rəhbərliyi tərəfindən edilən açıqlamada şəhərdəki Komsomolsk Amur Təyyarə Zavodunda istehsal olunan ilk seriya Su-57-nin Rusiya ordusuna təhvil verildiyi təsdiqlənib.

Təyyarənin Qara dəniz və Xəzər dənizi sahillərində yerləşən Cənubi Hərbi Dairədəki bölməyə təhvil verildiyi, ilin sonuna qədər 5-ci nəsil 5 ədəd Su-57 döyüş təyyarəsinin zavod tərəfindən Rusiya ordusuna təhvil veriləcəyi bildirilib.

Açıqlamada təyyarənin yerləşdiyi şəhərin adı açıqlanmayıb.

Rusiya Müdafiə naziri Sergey Şoyqu 22 ədəd Su-57-nin 2024-cü ilin sonunadək inventara daxil olmasını gözlədiklərini söyləmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532469.html