Baydendən ABŞ-a gələnlərlə bağlı yeni qayda

 08:00 22.01.2021     79

ABŞ-a başqa ölkədən gələn vətəndaşlar üçün yeni qayda tətbiq olunacaq.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın yeni lideri Co Bayden deyib.

Bayden qeyd edib ki, ölkəyə gələnlərdən COVİD-19-un mənfi test cavabı, eyni zamanda karantin qaydalarına əməl etməsi tələb olunacaq.

Bundan əlavə, şəxs maska taxmaqla yanaşı, uçuşdan öncə və sonra koronavirus testindən keçməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532468.html