Şahbuzda zəlzələ qeydə alınıb

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.
Milli.Az xəbər verir ki Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915635.html