İngiltərə Premyer Liqası: "Liverpul" 68 matçlıq məğlubiyyətsiz seriyasını dayandırıb

 07:22 22.01.2021     44

Futbol üzrə İngiltərə çempionatının 18-ci turu matçında "Liverpul" komandası doğma meydanında "Börnli"yə məğlub oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş 0:1 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu Eşli Barnes penaltıdan vurdu (83-cü dəqiqə).

Qeyd edək ki, "Liverpul" liqada ardıcıl 68 matçda məğlub olmayıb, komanda son dəfə 2017-ci ilin aprelində "Enfild" stadionunda "Krista Peles"a məğlub oldu (1:2).

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/915637.html