Avropa İttifaqı peyvəndinin bir hissəsini tərəfdaş ölkələrə ayıracaq

 07:55 22.01.2021     39

Avropa İttfaqı sammiti tərəfdaş ölkələrə üzv ölkələri üçün sifariş edilmiş məhdud sayda peyvənd dozası verəcəyini vəd etdi, lakin vaxt təyin edilməyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sammitdən sonra keçirilən onlayn mətbuat konfransında bildirib.

Komissiyanın rəhbəri qeyd edib: "Biz əvvəlcədən Aİ tərəfindən sifariş edilmiş peyvəndlərinin bir hissəsinin tərəfdaş dövlətlər üçün ayrılmasına imkan verəcək bir Avropa mexanizmi yaratmağa qərar verdik".

O bildirib ki, bu, ən qısa müddətdə həyata keçiriləcək.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915641.html