Portuqaliya hakimiyyəti Britaniya ilə uçuşları dayandıracaq

 07:44 22.01.2021     39

Portuqaliya hökuməti yeni koronavirus ştammının yayılmasının qarşısını almaq üçün yanvarın 23-dən etibarən Böyük Britaniya ilə uçuşların dayandırılmasına qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Antoniu Koşta deyib.

Onun sözlərinə görə, ölkələr arasında yalnız gəlmək üçün uçuşlar həyata keçiriləcəkdir.

Baş nazir qeyd edib ki, bu addım əvvəllər Birləşmiş Krallıqda aşkar edilən mutasiyaya uğramış koronavirus ştammı ilə "infeksiya riskini" azaltmaq məqsədi daşıyır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915640.html