Bayden ABŞ-a gələnlərə yeni tələblər qoydu

 08:24 22.01.2021     49

ABŞ Prezidenti Co Bayden ölkəyə gələnlərlə bağlı yeni qaydaları elan edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ-a gələnlər koronavirusla əlaqədar olaraq test verməklə yanaşı, karantinə alınacaqlar.

“Yeni ştammın meydana gəlməsi səbəbindən digər ölkələrdən ABŞ-a gələnlər maska taxmaq, test verməklə yanaşı, karantinə alınacaqlar”, - deyə Bayden bildirib.

Amerikalı lider karantin müddətinin nə qədər olacağı və qaydaların nə vaxtdan tətbiqə başlanacağı barədə hələ ki heç bir açıqlama verməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/343726.html