Lavrov MDB ölkələrinin səfirlərini TOPLADI

 09:00 22.01.2021     43

Moskvada Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun MDB – nin iştirakçısı olan dövlətlərin səfirləri ilə ənənəvi görüşü keçirilib.

Publika.az xəbər verir ki, bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, görüşdə MDB-nin icraçı katibi, İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin baş katibi Stanislav Zas və Avrasiya İqtisadi Komissiyası kollegiyasının sədri Mixail Myasnikoviç də iştirak ediblər.

Söhbət zamanı MDB, KTMT və Aİİ çərçivəsində 2020-ci ildə birgə işin nəticələrinə yekun vurulub, əməkdaşlığın inkişafı üzrə gələcəkdə atılacaq addımlar müəyyənləşdirilib. Postsovet məkanında çoxsəviyyəli inteqrasiya proseslərinin uzlaşdırılmasının vacibliyi vurğulanıb.

Görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/343729.html