Zığ-Hava limanı yolunda zəncirvari qəza

Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.
Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - deyə qurum bəyan edib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532471.html