Bakıda yol buz bağladı, zəncirvari qəza oldu - FOTO

 09:10 22.01.2021     32

Bakının əsas magistral yolunda yol qəzası olub.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/343730.html