Azərbaycanda jurnalisti şantaja görə öldürən şəxslə bağlı YENİ XƏBƏR - FOTO (YENİLƏNDİ)

 09:30 22.01.2021     40

Şəmkir rayonunda qətl hadisəsi törədən şəxs saxlanılıb.

Hadisə yanvarın 21-də rayonun Qədim Qala kəndində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Əliyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

Məlumata görə, bir neçə gün əvvəl B.Əliyev V.Aslanovu şantaj edib. Qohumunun bu əməlindən bezən V.Aslanov B.Əliyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan V.Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, B.Əliyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

xxx

22.01.20: 21:36

Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Publika.az xəbər verir ki, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb.

Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B. Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetinin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo.az)


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/crime/343698.html