"Yeşilçam" aktyoru vəfat etdi

 09:44 22.01.2021     49

"Yeşilçam" ulduzu Oktay Yavuz vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rol ifa etdiyi filmlərdə mənfi obrazı ilə yadda qalan aktyor 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oktay Yavuz uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunurdu. O, 16 gün reanimasiyada nəzarət altında saxlanılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915654.html