Bayden Rusiya ilə bu razılaşmanı uzadır

 09:46 22.01.2021     42

Bayden administrasiyası strateji hücum silahlarının məhdudlaşdırılması barədə razılaşmanı uzatmaqla bağlı qərar qəbul edib.

Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, bu razılaşma daha beş il davam edəcək. Bununla belə Baydenin Rusiya ilə münasibətlərdə yenilənmə planlaşdırmadığı bildirilib.

Qeyd edək ki, Baydenin strateji hücum silahlarının məhdudlaşdırılması barədə razılaşmanı uzatmaq niyyəti haqda bundan öncə ABŞ dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken bəhs edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532476.html