Şoyqu Myanmaya getdi

Rusiya Müdafiə naziri Sergey Şoyqu Myanmaya rəsmi səfər edib.
Axar.az xəbər verir ki, onun Myanmada ölkə qoşunlarının baş komandanı general Min Aun Xlaynla görüşəcəyi bildirilib. Tərəflərin hərbi-texniki əməkdaşlığı müzakirə edəcəyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan öncə Myanmaya 30 ədəd MiQ-29 təyyarəsi, 12 ədəd Yak-130 təyyarəsi, 6 ədəd Su-30 SME təyyarəsi,10 ədəd Mi-24 və Mi-35P vertolyotu tədarük edib.
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532480.html