"Mançester Siti"də ciddi itki

 10:24 22.01.2021     41

"Mançester Siti"nin futbolçusu Kevin de Brüyne zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 1-ci turunun "Aston Villa" ilə  təxirəsalınmış matçında (2:0) xəsarət alıb.

Tibbi müayinədən sonra belçikalı oyunçunun ən az 2 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib. Beləliklə, De Brüyne "Çeltenhem", "Vest Bromviç" və "Bernli" ilə görüşləri buraxacaq. Onun fevralın 7-də "Liverpul"la oyunda iştirak edib-etməyəcəyi isə sual altındadır.

Qeyd edək ki, Kevin de Brüyne bu mövsüm Premyer Liqada 17 matça çıxaraq, 3 qol vurub və 10 qolun ötürməsini verib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/915660.html