Rusiya dünyada tayı-bərabəri olmayan sistemini sınaqdan keçirir

 10:52 22.01.2021     39

Rusiyada dünyada tayı-bərabəri olmayan sistem sınaqdan keçirilir.

Publika.az xəbər verir ki, xaricdə inşa olunacaqlar da daxil olmaqla, nüvə stansiyalarının effektivliyi və təhlükəsizliyini artıran avadanlıq xüsusiyyətini daşıyan “GTsNA-1753” ana sirkulyasiya pompasının xidmət testləri başlayıb.

Nüvə stansiyası reaktorlarının ayrılmaz hissəsi olan sirkulyasiya pompası reaktor nüvəsi ətrafında yaranan istiliyi uzaqlaşdırmaq məqsədilə soyuducu maddənin reaktorun içindən keçməsini təmin edir.

Rusiya Dövlət Atom Enerjisi Agentliyinin (Rosatom) Mərkəzi Maşınqayırma Dizayn Bürosundan verilən açıqlamada sirkulyasiya pompasının əsas xüsusiyyətinin bütün mexanizm və elektrik mühərrikinin su yağlama sistemi olduğu qeyd edilib. Bu da sistemin reaktor bölməsində yağdan istifadə ehtiyacını aradan qaldırır və reaktorun yanğın güvənliyini önəmli ölçüdə artırır.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/343738.html