Şuşada DOST mərkəzinin açılması nəzərdə tutulub - Sədr müavini

 11:31 22.01.2021     64

2021-ci ildə DOST Agentliyinin qarşısında duran məqsədlər yeni mərkəzlərin açılışıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Əliyev deyib. Onun sözlərinə görə, bu il Bakıda və Abşeronda DOST mərkəzlərinin açılışı nəzərdə tutulub:

"Bakı şəhərində 4 saylı dost mərkəzinin, eyni zamanda Xırdalan şəhərinin ərazisində Abşeron Dost mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən cari ildə xidmətlərin praktik edilməsi də nəzərdə tutulur".

S.Əliyev əlavə edib ki, növbəti illərdə şəbəkənin ölkə ərazisində genişləndirilməsi də davam edəcək. Həmçinin agentliyin Şuşa şəhərində DOST mərkəzinin açılışı nəzərdə tutulur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/915727.html