"Dostluq" Trans-Xəzər kəməri üzrə yeni danışıqlar üçün mühit yaradacaq - Norveç konsaltinq şirkəti

 11:33 22.01.2021     37

Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi Xəzər dənizində kəşfiyyat üçün daha çox imkanlar yaradır.

Milli.Az bildirir ki, bunu Trend-ə Norveçin "Rystad energy" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.

O bildirib ki, bu yataq Azərbaycanın nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının yaxınlığında yerləşir və bu, Türkmənistana öz karbohidrogen ehtiyatlarını Azərbaycanın mövcud strukturları ilə nəql etməyə imkan verəcək.

Ekspert əlavə edib ki, Azərbaycanın dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var:

"Azərbaycanda da, Türkmənistanda da maye karbohidrogenlərin hasilatının azalması müşahidə olunur və bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə imkan verəcək. Bu saziş Trans-Xəzər boru kəməri üzrə yeni danışıqlar üçün də mühit yaradacaq, Türkmənistan üçün yeni qaz bazarlarına yol açacaq".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/915731.html