İki həkim və mamaça həbs edildi - Diri körpəni morqa qoyub, öldürüblər - FOTO

 11:47 22.01.2021     51

Yeni doğulan körpənin ölümünə görə iki həkim və bir mamaça saxlanılıb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, yeni doğulan körpəni morqa qoyaraq donaraq ölməsinə səbəb olan 3 nəfər həbs edilib.

Ölü diaqnozu qoyduqları uşağın sağ olduğunu bildikdən sonra olayı ört-basdır etmək üçün sağ körpəni morqa qoyaraq ölümə tərk edən iki həkim və bir mamaça məhkəmənin qərarı ilə həbs edilib.

Dəhşətli olay Qazaxstanda, Atırau vilayətində yaşanıb. 

Uşağın hərəkət etdiyini gördüyü halda onun morqa qoyulmasını əmr edərək körpənin donaraq ölməsinə səbəb olan baş həkim Kuanysh Nysabaev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ginekoloq Askar Kairzhan və mamaça Jamilya Kulbatyrova isə müvafiq olaraq, 16 və 15 illik həbs cəzası alıblar.

Qazaxıstan səhiyyə nazirinin müavini uşağın ölümündən sonra ailəsindən üzr istəyib.

Emin
Milli.Az

 
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915716.html