Kamran Əliyev məşhur prokuroru işdən çıxartdı

 11:46 22.01.2021     45

Abşeron rayon prokuroru Rahib Seyidov 5 illik müddətin başa çatması ilə əlaqədar işdən azad edilib.

Axar.az Bakipost.az-a istinadla xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Həmin vəzifəyə Baş Prokurorluqda İstintaq İdarəsinin rəis müavini Qabil Qasımov təyin edilib.

Rahib Seyidova isə Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirmə İdarəsinin prokuroru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Rahib Seyidov prokurorluq orqanlarında tanınmış simadır. O, Abşerondan əvvəl Göygöl, İsmayıllı və Şəkidə prokuror vəzifəsində çalışıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532514.html