Evini tərk edən daha 4 koronavirus xəstəsinə cinayət işi başlandı

 11:49 22.01.2021     44

Daxili İşlər Nazirliyinin əməkdaşları ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə. yanvarın 21-də ev şəraitində müalicə təyin edilən 5 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar: "Onlardan 4 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/incedent/915684.html