Bu qərarlar 2 həftə müddətində qüvvədədir - Nazir

 12:10 22.01.2021     40

Təhsil müəssisələrinin fəaliyyətinin bərpası təkcə Təhsil Nazirliyinin öhdəliyində deyil. Əlaqədar qurumlar, eyni zamanda Operativ Qərargah elmi araşdırmalara əsasən müvafiq qərarlar verir.

Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 1 fevraldan etibarən tədrisin mərhələli şəkildə bərpasına qərar verilir: "Ölkə üzrə ibtidai əsaslı, eyni zamanda məktəbəqədər təhsil qruplarında əyani təhsil böyük şəhərlərdə həftədə 3 dəfə, digərlərində isə həftədə 4-5 dəfə bərpa edilir. Bu qərarlar 2 həftə müddətində qüvvədədir. Fevral ayının 15-dən sonra epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcək".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/elmvetehsil/343756.html