5-9-cu siniflərin əyani tədrisi üçün qərar... - Nazir açıqladı

 12:11 22.01.2021     51

Fevral ayının 1-dən 5-ci və 9-cu siniflər, eyni zamanda peşə təhsili müəssisələrində müvafiq qərarların verilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu barədə yaxın günlərdə qərar veriləcək:

"Nəzərə aldıqda ki, metronun fəaliyyətində hazırda məhdudiyyət tətbiq edilib, bu səbəblə hələ ki, 5-9-cu siniflərdə tədris prosesinin ənənəvi qaydada bərpası müzakirə olunur. Paralel olaraq, bölgələrdə tədrisin ənənəvi qaydada bərpasının daha erkən olacağı düşünülür".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532527.html