İri şəhərlərdə tədris həftədə 3, rayonlarda 4-5 dəfə olacaq - Nazir

Təhsil müəssisələrinin fəaliyyətinin bərpasında məqsəd tələsik açılmalar edib tələsik bağlanışlar etməməkdir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həftədə 3 dəfə dərslərin açılması zərurətdən irəli gəlir.
Nazir məlumat verib ki, təhsil müəssisələri mərhələli şəkildə bərpa olunacaq.
"İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq".
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/915760.html