Türk şirkəti qalib gəldi: 11 milyardlıq körpü tikilir

 12:24 22.01.2021     49

Türkiyənin “Doğuş İnşaat və Ticarət AŞ” şirkəti Ukraynada Kremençuq körpüsünün inşası üçün təşkil edilən tenderin qalibi olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Avtomobil Yolları Dövlət Agentliyi (Ukravtodor) məlumat yayıb.

Məlumata əsasən, şirkətin tenderə təqdim etdiyi 11 milyard 248 milyon 800 min qrivna (675 milyon manat) miqdarında olan layihəsi qalib gəlib.

İlkin proqnozlara görə, 1,7 km uzunluğundakı körpü 48 aya inşa ediləcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532511.html