Bayden İsraili inandıracaq: axı, İranın ilk hədəfi odur...

 12:31 22.01.2021     52

Birgə Hərtərəfli Fəaliyyət Planını yenidən müzakirə etmək şansı var və az da deyil. Çünki ABŞ-ın rəyi praktiki olaraq ən önəmlisidir.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Zabitləri ekspert şurasının üzvü Aleksandr Perenciyev Co Baydenin komandasının onun andiçmə mərasimindən bir neçə gün öncə İranla nüvə razılaşmasının bərpası ilə bağlı gizli danışıqlara başlaması haqqında məlumatı şərh edərkən deyib.

“Bayden Trampdan fərqli olaraq, rəsmi Tehranın nüvə anlaşmasından çıxmasının dünyada və Yaxın Şərqdə yeni bir nüvə gücünün meydana gəlməsi demək olduğunu yaxşı başa düşür. Buna görə Ağ Evin yeni başçısı rəsmi Təl-Əvivi Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması ilə bağlı heç bir şərt irəli sürməməyə inandıracaq. Axı İranda nüvə silahlarının meydana çıxmasının qarşısını almaq İsrailin də maraqlarına cavab verir. Çünki farslar tərəfindən ilk nüvə zərbəsi məhz İsrailə endirilə bilər”, - deyə ekspert qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532524.html