Ermənistanda müxalifət parlament qarşısında etiraz aksiyası keçirir

 12:34 22.01.2021     45

Yerevanda Ermənistan parlamentinin qarşısında müxalifət nümayəndələri etiraz aksiya keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, müxalifətçilər Ermənistanın Ali Məhkəmə Şurasında nəzərdə tutulan təyinatlara qarşı etiraz edir.

Qeyd olunur ki, hakim "Mənim addımım" partiyası Şuraya iki nəfərin namizədliyini təqdim edib. Bununla əlaqədar parlamentin növbədənkənar iclası çağırılıb.

Müxalifət baş nazir Nikol Paşinyanın namizədlərin seçilməsinə qarşı çıxacağını bildirib. Parlament qarşısında 100-dək etirazçının toplandığı deyilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915767.html