Nazirdən təhsil kreditləri ilə bağlı açıqlama

 12:39 22.01.2021     50

Ölkəmizdə müəyyən sayda tələbənin təhsil haqqını ödəmə problemi var.

Axar.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bura ali təhsil müəssisəsinin səlahiyyətlər və imkanlar məsələsi var:

"Bu il ərzində təhsil kreditləri ilə bağlı həm Milli Məclis, həm də hökümət arasında qərar qəbul edilməsi ilə bağlı planlarımız var. Bunun bir həll yolu olduğunu hesab edirəm. Bu kreditlərin iki istiqamətdə olmasını düşünürük. Belə ki, biri faizsiz kreditlərdir ki, sosial baxımdan həssas olanlara, digəri isə tələbənin bacarıqlarına əsasən hesablanır. Bakalavr səviyyəsində 16500, magistrada isə 1100 nəfər dövlət hesabına təhsil alır".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532535.html