STP-yə yeni icraçı direktor təyin olundu - Foto

 13:01 22.01.2021     76

Azərbaycanın aparıcı sənaye müəssisəsi - "Sumqayıt Texnologiyalar Parkı" MMC-yə (STP) yeni Baş icraçı direktor təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, nəzdində bir sıra biznes vahidləri və müştərək şirkətlər olan quruma Ruslan Ağabəyli rəhbərlik edəcəkdir.

Yeni Baş icraçı direktor Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alıb, çalışdığı müddətdə "London Business School", "İMD", "İNSEAD" və "Ivey Business School" kimi xarici təhsil ocaqlarında müxtəlif ixtisasartırma kursları keçib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532534.html