Azərbaycanda koronavirusa yoluxan şagird və təhsil işçilərinin sayı açıqlandı

 13:05 22.01.2021     58

Azərbaycanda yanvar ayının 1-də virusa yoluxan şagirdlərin sayı 20 olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib.

R.Ağayev bildirib ki, sentyabr ayından bu günə qədər 14 758 şagird koronavirusa yoluxub. Onun sözlərinə görə, təhsil işçiləri arasında isə yoluxanıarın sayı 7090 nəfər olub.

O qeyd edib ki, ibtidai siniflər arasında yoluxan şagirdlərin sayı 2246 təşkil edib. R.Ağayev əlavə edib ki, 5-9-cu sinif şagirdləri arasında 4411 şagird, 10-11-ci sinif şagirlər arasında isə 7525 nəfər şagir koronavirusa yoluxub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915797.html