Qanunsuz nişanlamaya görə məsuliyyət müəyyən edilir

 13:07 22.01.2021     51

Avtomobil yollarında svetoforlar, yol nişanları, nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq olunmasına görə məsuliyyət müəyyən edilir.

Axar.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 350.2-ci maddəsinə dəyişiklik edilir.

Bu inzibati xətaya görə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532539.html