Bu şagirdlər imtahan verə biləcəklər - Təhsil Nazirliyinin şöbə müdiri

 13:11 22.01.2021     47

Birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris də başlanacaq. Həmin vaxtlarda bu şagirdlər sosial məsafə və sıxlığı gözləməklə imtahan verə bilərlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915803.html