İzmirdə bir gündə 100-dən çox zəlzələ oldu

 13:19 22.01.2021     51

Türkiyənin İzmir şəhərində bir sutka ərzində 100-dən çox zəlzələ baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yer silkələnmələri müxtəlif fay xətlərində yaşanıb. Zəlzələlərin ən böyüyü Rixter şkalası ilə 4.5 balla qiymətləndirilib.

Zəlzələnin ocağı orta dərinlikdə yerləşib. Dağıntı və ya itki olmayıb. Mütəxəssislər kiçik çaplı yer silkələnmələrinin davam edəcəyini bildiriblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915711.html