Qondarma qurumda Putinə dəstək mitinqi keçiriləcək

 13:20 22.01.2021     41

Yanvarın 23-də qondarma Abxaziyanın “paytaxtı” Suxumidə yerləşən Rusiya səfirliyi qarşısında Rusiya Prezidenti Vladimir Putinə dəstək aksiyası keçiriləcək.

Axar.az xəbər verir ki, aksiyanın təşkilatçıları Rus-Abxaziya Cəmiyyəti, Abxaziya Qara dəniz Kazak Qoşunları, Abxaziya Kazak İttifaqıdır.

Təşkilatçılar Navalnının Rusiyada mitinq keçirmək çağırışlarından narahat olduqlarına görə etiraz aksiyası keçirəcəklərini bildiriblər.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532547.html