Rusiyaya kiberhücum: FTX xəbərdarlıq etdi

 13:25 22.01.2021     48

ABŞ və müttəfiqləri Rusiyanın kritik informasiya infrastrukturları obyektlərinə kiberhücum həyata keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Kompüter İnsidentləri Koordinasiya Mərkəzi yayıb.

Məlumata görə, təşkilatlara İT resurslarının müdafiəsi üçün tədbirlər görülməsi məsləhət görülüb.

Qeyd edək ki, Rusiya Kompüter İnsidentləri Koordinasiya Mərkəzi Federal Təhlükəsizlik Xidməti rəhbərliyinin tapşırığı ilə yaradılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532548.html