Çində 2 xəstəxana karantinə alındı - Şübhəli xəstəlik var

 13:27 22.01.2021     48

Çinin Şanxay şəhərində 2 xəstəxana yeni tip koronavirus şübhəsi ilə karantinə alınıb.

Publika.az xəbər verir ki, xəstəliyə nəzarət və profilaktika briqadaları analizlərə başlayıb.

“Global Times”ın xəbərinə görə, Fudan Universiteti Xərçəng Mərkəzi ilə Ciao Universiteti Tibb Fakültəsinin Renci Xəstəxanasının işçilərində şübhəli yoluxmalar aşkarlanıb.

Renci Xəstəxanasından bildirilib ki, ötən gün xəstəxana işçiləri və vasitəçi şirkətin əməkdaşının test nəticəsi şübhəli çıxıb.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/diger/343758.html