Erməni əsgər HƏQİQƏTLƏRİ DANIŞDI : Səngərdə 300 ölü, süfrədə isə kabab yeyib sərxoş olan... - VİDEO

 13:34 22.01.2021     39

Ermənistan ordusunun əsgərlərindən biri 44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrinin necə məğlub olmasından danışıb.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, o, əsgər yoldaşlarının döyüş meydanından necə qaçdığını danışıb.

"Hadrutda yaşayanlar hamısı qaçırdılar. Onlar silahları,tankları, pulemyotları, formaları, hər şeyi geridə qoyub, Hadrutdan ayrılıb qaçdılar. Daha sonra bizi Xankəndinə, hərbi xəstəxanaya göndərdilə.Televizorda bir gündə 17-20 nəfərin öldüyü bildirildi.Amma bu doğru deyildi.Gün ərzində 200-300 nəfər ölürdü.

Biz baş verənləri gördükcə komandirdən kömək istəməyə qərar verdik. Onun harada yaşadığını öyrəndik. Evə girdikdə gördük ki, komandir qonaqlı verib.Süfrədə qızardılmış ət, kabab araq var idi. Oradakılar hamısı tamamilə sərxoş idilər''.

Erməni əskər deyir ki, biz kömək istədiyimiz zaman komdandir,heç bir şeyə kömək edə bilməyəcəyini söylədi. Bu da bizi çox qəzəbləndirdi.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915692.html