FHN hospitalında korona ilə mübarizə davam edir

 13:37 22.01.2021     42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının sağlamlığının qorunmasına göstərdikləri xüsusi diqqət və qayğının növbəti təzahürü olaraq fəaliyyəti yüksək səviyyədə təşkil edilmiş Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalında COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsi davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki, ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli Hospitalda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksək ixtisaslı peşəkar heyət çalışır.

Tibbi və texniki heyətin artıq gündəlik həyat tərzinə çevrilmiş bu gərgin və fasiləsiz iş rejimi qısa olaraq hazırlanmış videomaterialda təqdim olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532552.html