Nazir bəzi müəllimlərin onlayn dərslərə qatılmamasından danışdı

 13:35 22.01.2021     47

Müəllimlərin onlayn dərslərə qatılmamasının səbəbini ayrı-ayrılıqda araşdırmaq elə də asan məsələ deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, bir həftə ərzində 6 milyondan çox uşaq və müəllim dərslərə qatılıbsa, bu elə də az nəticə deyil:

"Biz bütün məsələləri addım-addım həll etməliyik. Bizim ilkin məqsədimiz ondan ibarət idi ki, şagird və müəllim elektron qeydiyyatdan keçsin və daha sonra onları izləyə bilər. Bir həftə ərzində 6 mlyon 200 min dərs verə bilmişiksə, demək uşaqlar və müəllimlər ekranın o tərəfində olublar".

Nazir əlavə edib ki, hər bir şagird və müəllim öz məsuliyyətini dərk etməlidir.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/915820.html