Şagirdlər arasında koronadan ölüm halı olub? - Rəsmi

 13:41 22.01.2021     52

Pandemiya dövründə şagirdlər arasında virusa yoluxma halları olub, lakin ölüm halı qeydə alınmayıb.

Axar.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev bu gün keçirilən brifinqdə deyib.

"Yaş etibarilə müəllim, məktəb direktorları arasında virusdan ölüm halları baş verib. Lakin bu barədə dəqiq statistik məlumatlar yoxdur", - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532560.html