Rusiyada aksiya öncəsi kütləvi həbslər başladı

 13:44 22.01.2021     60

23 yanvar Rusiyada keçiriləcək etirazlarla əlaqədar Aleksey Navalnının tərəfdarları polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, Moskvada Navalnının Korrupsiya ilə Mübarizə Fondunun Təhqiqatlar Şöbəsinin əməkdaşı Georgi Alburova, mətbuat katibi Kira Yarmış həbs edilib.

Məlumata görə, Kira Yarmış saxlanılan zaman 1 saatdan çox qapını açmayıb. Vəkili gəldikdən sonra Yarmış qapıları açaraq polisləri içəri buraxıb.

Həbs olunanlar arasında Lyubov Sobol, Vladlen Los da yer alıb. Belarus vətəndaşı olan Losa Rusiyanı tərk etməsi üçün 25 yanvara qədər vaxt qoyulub. Onun ölkəyə girişi 2,5 il qadağan edilib.

Moskvada, həmçinin Vətəndaş Cəmiyyəti Hərəkatının mətbuat katibi Yeqor İlyuşkin də saxlanılıb.

Həbslər Krasnodar, Lipetsk, Kalininqrad, Vladivostok bölgələrində də aparılıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532553.html