Ermənistanda koronavirusdan ölənlərin sayı 3030 nəfərə çatıb

 13:44 22.01.2021     47

Ermənistanda son sutkada yeni növ koronavirusa 183 yeni yoluxma qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 165 711 nəfərə çatıb.

Son 24 saat ərzində 9 nəfər koronavirusdan vəfat edib ki, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin sayı 3030 nəfərə yüksəlib.

154259 nəfər xəstəlikdən sağalıb, hazırda 7678 nəfərin müalicəsi davam edir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915723.html