Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunları ağır qəbul edilir - Rusiyalı ekspert

 13:56 22.01.2021     44

Ermənistanda İkinci Qarabağ müharibəsinin yekunlarının ağır qəbul edildiyi müşahidə olunur.

cbildirir ki, bunu Trend-ə rusiyalı ekspert Stanislav Pritçin deyib.

Onun sözlərinə görə, hətta sərhədlərin delimitasiyası da Ermənistanda çətin qarşılanır və radikal düşərgədə revanşist xarakterli çağırışlar səslənir.

Ekspert bildirib ki, Ermənistanın üçtərəfli bəyanatdan çıxması ölkə üçün ağır fəsadlara gətirib çıxara bilər:

"Əgər əvvəllər Ermənistanın Azərbaycanın yeddi rayonundan ibarət "təhlükəsizlik kəməri" var idisə, indi vəziyyət kökündən dəyişib. Buraya həm də Ermənistanın İkinci Qarabağ müharibəsində üzləşdiyi canlı qüvvə və hərbi texnika itkilərini əlavə etmək lazımdır. Əgər Ermənistan sazişdən çıxsa, bu, rusiyalı sülhməramlıların statusunun dəyhişməsinə gətirib çıxaracaq və Ermənistan Azərbaycanla üz-üzə qalacaq. Ona görə də Ermənistan sülhün qorunmasında hamıdan daha çox maraqlıdır".

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/915826.html