Narazı şagirdlər yenidən qiymətləndirmədən keçə bilərlər - Şöbə müdiri

 14:00 22.01.2021     51

2020-2021-ci tədris ilinin birinci yarım illik qiymətlərindən narazı qalan şagirdlər qiymətlərinin yaxşılaşdırılması üçün yenidən qiymətləndirmədən keçə bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqubova bildirib.

Onun sözlərinə görə, bununla bağlı apelyasiya komissiyası fəaliyyət göstərəcək.

V.Yaqubova əlavə edib ki, belə şagirdlər fevralda əyani şəkildə qiymətləndirmədən keçə biləcəklər.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/country/915829.html